SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqı Azərbaycanla yeni saziş imzalamaq istəyir: 10 milyon avroluq söz verdi

© AP Photo / Christoph Soeder/ dpaФлаг Европейского Союза (ЕС), фото из архива
Флаг Европейского Союза (ЕС), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Humanitar yardım üçün 10 milyon avro ayırmağa və münaqişənin daha əhatəli həlli üçün və daha uzunmüddətli sosial-iqtisadi inkişafa nail olmaq üçün sizinlə çalışmağa hazırıq" - Oliver Varhelyi

BAKI, 18 dekabr - Sputnik. Avropa İttifaqı (Aİ) Azərbaycanla Əməkdaşlıq Şurasının iclası ilə bağlı yekun bəyanat yayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Bəyanatda bildirilib ki, bu gün Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 17-ci iclası baş tutub. Şuraya sədrlik edən Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, Aİ-nin Qonşuluq siyasəti və Genişlənmə məsələləri üzrə Komissarı Olivér Várhelyi və Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Xarici İşlər naziri Ceyhun Bayramov iclasda iştirak ediblər.

"Aİ - Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclasında birgə razılaşdırılmış Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetlərinin icrası, Azərbaycanın islahat gündəliyi, yeni Aİ-Azərbaycan ikitərəfli sazişin perspektivləri, koronavirus pandemiyası və onun təsirləri, Dağlıq Qarabağ ətrafındakı genişmiqyaslı hərbi əməliyyatlarından sonrakı vəziyyət nəzərdən keçirilib", - yekun bəyanatda qeyd olunub.

Şuranın iclasında çıxış edən  Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, Aİ Azərbaycanla demokratiya, insan hüquqları və əsas azadlıqlarına əsaslanan ambisiyalı yeni hərtərəfli saziş bağlamaq istəyir. "Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ticarət əlaqələrimizin inkişafına və əməkdaşlığımızın daha da genişləndirilməsinə kömək edəcək.  Aİ ATƏT-in Minsk qrupu həmsədrləri ilə sıx işləyərək onların fəaliyyətini tamamlayaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinin  formalaşmasında və dəstəklənməsində rol oynamağa hazırdır. Bunu dəstəkləmək üçün sülhyaratma və yenidənqurma vasitələrimizdən istifadə etməyə hazırıq", -deyə Cozep Borrell bildirib.

İclasda iştirak edən Aİ-nin Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi vurğulayıb ki, Aİ Azərbaycanın enerji, ticarət, sərmayə və əlaqələnmə sahələrində əsas tərəfdaşıdır.

"Bu il Cənub Qaz Dəhlizinin tamamlanmasında əldə olunan mühüm irəliləyişə əsaslanaraq, onun Qərbi Balkanlara qədər uzadılmasını imkanlarını araşdırmaq istəyirik. COVID-19 pandemiyası kontekstində, o cümlədən ölkənin iqtisadiyyatının şaxələndirilməsinə və gücləndirilməsinə dəstək verərək ölkənin sosial-iqtisadi bərpası ilə bağlı Azərbaycanla işimizi davam etdirəcəyik. Humanitar yardım üçün 10 milyon avro ayırmağa və münaqişənin daha əhatəli həlli üçün və daha uzunmüddətli sosial-iqtisadi inkişafa nail olmaq üçün sizinlə çalışmağa hazırıq", - Oliver Varhelyi deyib.

Bəyanatda bildirlib ki, Tərəfdaşlıq Prioritetlərinin icrasını nəzərdən keçirərkən Aİ və Azərbaycanın enerji sektorunda çox uğurlu əməkdaşlığı qeydə alınıb: "Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan ilk qazın göndərilməsinin 2020-ci ilin sonuna qədər gözlənilir". Əməkdaşlıq Şurasının iclasında demokratiya, qanunun aliliyi, insan haqları və fundamental azadlıqlar, xüsusən birləşmək azadlığı və Azərbaycanda medianın ifadə azadlığı ilə bağlı problemlərə toxunulub.

Tərəflər həmçinin yeni hərtərəfli saziş və  Ümumi Aviasiya Məkanı üzrə Sazişlə bağlı danışıqların son vəziyyətini müzakirə edib.

Şuranın iclasında COVID-19 pandemiyasının yaratdığı problemlərə də toxunulub, Aİ-nin insanların həyatını və dolanışıqlarını qorumaq, iqtisadiyyatı yenidən açmaq üçün Azərbaycanın səylərinə verdiyi dəstək vurğulanıb.

Bəyantda qeyd olunub ki, iclasda Aİ və Azərbaycan noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasından sonra Dağlıq Qarabağda və ətrafındakı vəziyyət, Aİ-nin bərpa və barışıqdakı rolu, habelə regional məsələlər barədə fikir mübadiləsi aparıb.

"Keçirilən bu görüşlər Aİ-nin regiondakı ölkələrlə tərəfdaşlığının vacibliyini və davamlı sülhə dəstəyini bir daha təkrarlayır", - yekun bəyanatda qeyd olunur.

Xəbər lenti
0