Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Sərhəd tanımayan sevgi" - "Meysəri" və "Qarabağ"ı artıq Çində də tanıyırlar

© AFP 2024 / FRED DUFOURВид на город Пекин, фото из архива
Вид на город Пекин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizin Çindəki səfirliyi Azərbaycanın "Meysəri", "Qarabağ" və "Hasıllı" şərabları, nar şirələri və digər məhsullardan onlayn satış platformalarında satılmaq üçün Çin XİN-ə təqdim edib.

BAKI, 17 dekabr — Sputnik. Azərbaycan Çində keçirilən ənənəvi "Sevgi sərhəd tanımır" adlı xeyriyyə yarmarkasında təmsil olunur.

Sputnik Azərbaycan xəbər verir ki, təşkilatçılar COVID-19 pandemiyasının yaratdığı vəziyyəti nəzərə alaraq, bu il sözügedən tədbiri əvvəlki illərdə olduğu kimi insanların kütləvi şəkildə iştirak etdiyi xeyriyyə bazarı kimi deyil, iştirakçı ölkələrin məhsullarının elektron ticarət platformalarında satışının həyata keçirilməsi yolu ilə reallaşdırmağa qərar veriblər. Bu satışlardan əldə olunan vəsait xeyriyyə fonduna köçürüləcək.

Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İnin xanımı Çian Veyin təşəbbüsü ilə "Sevgi sərhəd tanımır - xəyalların uçmasına imkan yarat" devizi ilə keçirilən beynəlxalq xeyriyyə yarmarkasının açılış mərasimində keçənilki yarmarkada ən fəal iştirak etmiş 20 ölkənin səfiri iştirak edib.

Tədbirdə 2019-cu ildə təşkil edilmiş xeyriyyə yarmarkasında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan stendinin ən yüksək səviyyədə tərtibatına, mədəni proqramın təşkilinə və xeyriyyə fonduna böyük miqdarda vəsait köçürməsinə görə (Heydər Əliyev Fondu tərəfindən Çinin Yunnan vilayətinin Malipo qəsəbəsində 2 saylı məktəbin idman meydançasının əsaslı təmiri üçün edilmiş 500 min yuan məbləğində ianə də daxil olmaqla) Azərbaycan xüsusi "Charitable Contribution Award" mükafatı ilə təltif edilib. Açılış mərasimində nümayiş etdirilən xüsusi videoçarxda ötənilki Azərbaycan stendinə, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıdan ezam olunmuş musiqi qrupunun ifalarına dair kadrlar da əksini tapıb. Bundan əlavə, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında "Qaytağı" milli rəqsinin videosu açılış mərasimində təqdim edilib.

Флаги Китая на здании Дома народных собраний в Пекине, фото из архива - Sputnik Azərbaycan
ELM
Çində "Azərbaycan dili və mədəniyyəti" mərkəzi açılıb

ÇXR Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İ 2009-cu ildən etibarən hər il keçirilən beynəlxalq xeyriyyə yarmarkasının əsas məqsədinin Çinin yoxsulluqla mübarizəsinə töhfə vermək olduğunu qeyd edib. O, hər il bu yarmarkada iştirak edən ölkələrin sayının və satılan məhsulların çeşidinin artdığını bildirib, bu platformanın həm də ölkələrin mədəniyyətlərini və məhsullarını Çində tanıtmaq üçün bir imkan yaratdığını əlavə edib.

Sonra builki xeyriyyə yarmarkasına ölkələr tərəfindən təqdim edilmiş məhsulların "Tmall" və "Taobao" elektron ticarət platformalarında satışına start verilib. Qeyd edək ki, ölkəmizin Çindəki səfirliyi Azərbaycanın "Meysəri", "Qarabağ" və "Hasıllı" şərabları, nar şirələri və digər məhsullardan onlayn satış platformalarında satılmaq üçün Çin XİN-ə təqdim edib. Dekabrın 16-da həmin platformalarda bir neçə ölkələrin seçilmiş məhsulunun, o cümlədən Azərbaycanın "Qarabağ" şərabının canlı videotəqdimatı olub.

Bir həftə boyunca Çinin ən məşhur elektron ticarət platformalarında Azərbaycan məhsullarının reklamı və satışı həyata keçiriləcək, əldə edilən gəlir xeyriyyə fonduna köçürüləcək. Həmin vəsaitin Çinin Yunnan vilayətinin Cinpin və Malipo qəsəbələrində valideyn himayəsindən məhrum olmuş uşaqların ehtiyaclarının ödənilməsinə sərf edilməsi nəzərdə tutulub.

Xəbər lenti
0