Bir o əskik idi - üzərimizə asteroid gəlir

© Depositphotos.com / DigitalstormАстероид на фоне Земли
Астероид на фоне Земли - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin gün Yer kürəsi yaxınlığından daha bir kiçik ölçülü asteroid keçəcək. Onun hesablanmış diametri isə 5,3 metrdən 12 metrə qədər olacaq.

BAKI, 17 dekabr — Sputnik. Yer kürəsinə təyyarə boyda asteroid yaxınlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib.

Məlumata görə, asteroid Yer kürəsinin yaxınlığından dekabrın 18-də keçəcək. Onun hesablanmış diametri 26-52 metrdir. Qeyd edilib ki, göy cisminin planetə uçuş yolunun ən yaxın nöqtəsi 6,97 milyon kilometr məsafədə olacaq. Onun sürəti saniyədə 7,65 kilometrə bərabər olacaq.

Həmin gün Yer kürəsi yaxınlığından daha bir kiçik ölçülü asteroid keçəcək. Onun hesablanmış diametri isə 5,3 metrdən 12 metrə qədər olacaq. O, Yer kürəsinin 791 min kilometr yaxınlığından keçəcək.

Xəbər lenti
0