Hulusi Akar və Mövlud Çavuşoğlu Ukraynaya gedirlər

© © Pavel Golovkin / POOL / AFPTürkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Xarici İşlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Xarici İşlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkədə Türkiyə-Ukrayna xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə "2 + 2" formatında xüsusi iclas keçiriləcək.

BAKI, 17 dekabr — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya səfər edəcəklər. Sputnik Azərbaycan TRT Haber-ə istinadla məlumat verir ki, rəsmi görüşlərdə əsasən sənaye layihələri müzakirə oluncaq.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ukraynada 9-cu Yüksək Səviyyəli Strateji Şura toplantısına hazırlıq aparılacaq və Türkiyə-Ukrayna xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə "2+2" formatında xüsusi iclas keçiriləcək.

"Milli müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlu iclasa qatılmaq üçün 17-18 dekabr tarixlərində Ukraynada rəsmi səfərdə olacaqlar", - deyə nazirliyin məlumatında bildirilir.

Bundan başqa, Çavuşoğlunun Ukraynada Krım tatarları, qaqauzlar, axısqa türkləri kimi türk mənşəli etnik millətlərin nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Xəbər lenti
0