SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ S-400-lərə görə Türkiyəyə sanksiya tətbiq edib – video

Abunə olmaq
ABŞ Rusiya istehsalı olan S-400 komplekslərini aldığına görə Türkiyəyə sanksiya tətbiq edib. ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatına əsasən, bu məhdudiyyətlər Türkiyənin müdafiə sənayesi və onun başçısına, habelə daha üç yüksək rütbəli Türkiyə məmuruna şamil olunacaq.

Sanksiyalar CAATSA “ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar yolu ilə mübarizə” qanununun 231-ci maddəsinə əsasən qoyulub. Eyni zamanda, Dövlət Katibi Mayk Pompeo birmənalı şəkildə bəyan edib ki, bu tədbirlər Rusiyaya qarşı istiqamətlənib. Vaşinqtonun bu addımlarına Rusiya XİN başçısı Sergey Lavrovun reaksiyasını videomuzda izləyin.

Xəbər lenti
0