BAKI, 16 dekabr — Sputnik. Türkiyənin məşhur aktyoru Tamer Karadağlı "Çocuklar Duymasın" serialından sonra köklü dəyişiklik edərək "Savaşçı" serialına transfer olub.
Sputnik Azərbaycan xəbər verir ki, "Çocuklar Duymasın"ın "taş fırın erkeyi Haluk" "Savaşçı" serialına "Göktürk Albay" obrazı ilə qayıdır.
Bu barədə "Instagram" hesabından xəbər paylaşan aktyor: "Göktürk Albay gəlir. Gözləyin" yazaraq, Fox TV-nin populyar serialı "Savaşçı"nın yaradıcı heyətinə qatıldığını elan edib.
View this post on Instagram
Qeyd edək ki, Azərbaycan əsilli məşhur aktyor "Çocuklar Duymasın" serialından sonra uzun zamandır heç bir layihədə yer almayıb.