Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 16 dekabr — Sputnik. Qiraət ustası Xəzər Süleymanlı və aktyor Kamran Ağabalayev gənc şair Həsən Kürün "Son döyüş" adlı şeirini səsləndiriblər. Sputnik Azərbaycan xəbər verir ki, şeir real hadisələr əsasında yazılıb. Həsən Kür həmin şeiri cəbhədən göndərib. Şeirdə adları çəkilən şəxslər - İsmayılov Raqil Rafiq oğlu və Əzizov Sübhan Elşad oğlu Salyan rayon, Dayıkənd kənd orta məktəbinin məzunlarıdır. Hər ikisi könüllü olaraq yollandıqları 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olublar.
Qeyd edək ki, hər iki qəhrəman cəbhəyə eyni gündə yollanıb, bir yerdə xidmət edib, bir yerdə şəhid olublar. Şair Həsən Kür isə xidmətini davam etdirir. Sözügedən şeir hər kəsin marağına səbəb olub, sosial şəbəkələrdə geniş paylaşılıb.