Etirazçılar zorla Ermənistan Müdafiə Nazirliyinə daxil olublar, qarşıdurma baş verib

© AP Photo / Dmitri LovetskyПротесты в Ереване, фото из архива
Протесты в Ереване, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan və bu ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan itkin düşən şəxslərin yaxınları ilə görüşməyə razılıq verib.

BAKI, 16 dekabr — Sputnik. Yerevanda Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin (MN) ərazisinə daxil olub. Bu barədə Sputnik Azərbaycan Ermənistan KİV-nə istinadən xəbər verir.

Belə ki, Ermənistan MN-nin nəzarət-buraxılış məntəqəsinin qarşısında qarşıdurma baş verib. İtkin düşən hərbçilərin yaxınları onları Müdafiə Nazirliyinə buraxmağı tələb edib. Nəticədə buraxılış məntəqəsinin qapısı qırılıb, hərbçilərin yaxınları mühafizəçiləri geri itələyərək qapıdan içəri daxil olublar.

Bu arada öz yaxınlarının taleyi barədə məlumat ala bilməyən hərbçilərin qohumları Şirak vilayətində Gümrü-Bavra yolunu bağlayıblar. Onlar Şirak vilayətindən əsir düşmüş şəxslərin geri qaytarılmasını tələb edirlər. Etirazçılar Yerevana gedən əsas yolu da bağlamaq niyyətində olduqlarını bildiriblər.

Bu arada Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan və bu ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan itkin düşən şəxslərin yaxınları ilə görüşməyə razılıq verib. Onlar 10 nəfərdən ibarət qrupu qəbul edəcəklər.

Qeyd edək ki, artıq bir neçə həftədir ki, öz yaxınları barədə məlumat ala bilməyən hərbçilərin valideynləri, doğmaları Ermənistan paytaxtı Yerevanda Müdafiə Nazirliyinin önündə etiraz aksiyası keçirirlər. Onlar nazirlik rəsmilərindən övladlarının taleyi barədə məlumat istəyirlər. Vaxtaşırı onlarla Ermənistan hökumətinin rəsmiləri görüşsə də onlara hərbçilərin taleyi barədə konkret məlumat verilmir.

Xəbər lenti
0