Bakı metrosundan istifadə edən sərnişinlərin sayı açıqlandı - kəskin azalma var

© Sputnik / Murad OrujovBakı metrosu açılşdan sonra
Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin doqquz ayı ərzində "Bakı Metropoliteni" QSC-dən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,1% azalıb.

BAKI, 16 dekabr - Sputnik. Bu ilin yanvar-noyabr aylarında "Bakı Metropoliteni" QSC 74,7 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,1% azdır.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 213,9 mln. nəfər olub.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan dayandırılıb.

"Bakı Metropoliteni"nin fəaliyyəti 9 may 2020-ci il saat 06:00-dan etibarən bərpa edilib. Daha sonra, koronavirusun ikinci dalğası fonunda metronun fəaliyyətin oktyabrın 19-dan noyabrın 2-dək yenidən dayandırılıb və bu müddət noyabrın 2-dən daha bir ay müddətinə uzadılıb.

Xəbər lenti
0