CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü qar Azərbaycanın dağ kəndlərini işıqsız qoyub

© AFP 2024 / NICOLAS ASFOURILampa, arxiv şəkli
Lampa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda Tovuz, Lerik və Gədəbəy rayonlarının yüksək dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrində son günlər yağan qarın ağırlığı nəticəsində bəzi hava elektrik xətləri sınıb, şəbəkədə açılmalar yaranıb" - Tanrıverdi Mustafayev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. "Azərbaycanın yüksək dağlıq ərazilərində yaşayan abonentlərin qarlı, şaxtalı havalarda elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə əməkdaşlarımız ekstremal şəraitdə çalışırlar. Qeyd edim ki, hazırda Tovuz, Lerik və Gədəbəy rayonlarının yüksək dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrində son günlər yağan qarın ağırlığı nəticəsində bəzi hava elektrik xətləri sınıb, şəbəkədə açılmalar yaranıb".

"Azərişıq" ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında belə deyib və bildirib ki, artıq öncədən zəruri avadanlıqların, materialların ehtiyatı yaradılıb, əməkdaşlar gücləndirilmiş iş rejiminə keçiblər:

"Qeyd edim ki, son günlər həmin rayonların bir sıra kəndlərində hava şəraitinə görə elektrik xətlərində qəzalar, dirəklərin aşması və digər hallar qeydə alınıb. Lakin buna baxmayaraq əməkdaşlarımız operativ şəkildə bu qəzaların fəsadlarını aradan qaldırıblar".

"Ən yüksək dağlıq ərazilər də daxil olmaqla bütün ölkə üzrə abonentlərin elektriklə fasiləsiz, keyfiyyətli təminatı həyata keçirilir. Ölkə üzrə elektrik təchizatı şəbəkəsində son illər aparılan genişmiqyaslı yenidənqurma işlərinin nəticəsi olaraq şəbəkə sərt qış aylarına daha hazırlıqlıdır və ekstremal hava şəraitinə görə yaranan qəzaların da sayı kəskin azalıb", - deyə qurum rəsmisi əlavə edib.

Xəbər lenti
0