Nazim Hikmətin qaldığı mehmanxana muzey olacaq

© Sputnik / Anatoliy Garanin / Mediabanka keçidНазым Хикмет, фото из архива
Назым Хикмет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq mehmanxanada restavrasiya işləri başlayıb. Binanın turistlərin ixtiyarına verilməsi üçün 3 milyon türk lirəsi xərclənəcək.

BAKI, 15 dekabr — Sputnik. Nazim Hikmətin Boluda müəllimlik etdiyi vaxt qaldığı Qatırçılar mehmanxanası muzey olacaq.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, iki il öncə Bolu Bələdiyyəsi yol çəkilişləri zamanı bu binanı söküb, başqa yerdə tikmək istəyib, lakin şəhərin mədəniyyət mərkəzi məhkəməyə müraciət edərək bu təşəbbüsün qarşısını ala bilib.

Artıq mehmanxanada restavrasiya işləri başlayıb. Binanın turistlərin ixtiyarına verilməsi üçün 3 milyon türk lirəsi xərclənəcək.

Xəbər lenti
0