Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bu gündən ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də imzaladığı qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.
Bəs ölkədə məhdudiyyətlərin ilk günü necə keçib? Sputnik Azərbaycan sərt karantin rejiminin başlamasından ötən 1 sutka ərzində vətəndaşların qoyulan qadağalara necə riayət etdiyini fotokameranın yaddaşına köçürüb.