BAKI, 15 dekabr — Sputnik. "COVID-19-u keçirən şəxsin vaksinasiyaya ehtiyacı olmayacaq. Türkiyədə də bu şəxsləri dərhal vaksinasiya etmirlər, sonrakı mərhələdə bu şəxsləri vaksinasiya etmək olar".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB-in rəsmisi Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün jurnalistlər üçün təşkil olunan brifinqində deyib.
O bildirib ki, bir dəfə COVID-19-a yoluxan şəxs ikinci dəfə yoluxarsa, ehtimal ki, bu virusu nisbətən yüngül keçirəcək, lakin müəyyən yanaşı xəstəlikləri varsa, bu zaman kritik keçirə bilər.