Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmətlər göstərilir

© AR Ministry of AgricultureDəstək
Dəstək - Sputnik Azərbaycan
Abunə olmaq
Fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri tələb olunur.

BAKI, 14 dekabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmətləri davam etdirir.

Sputnik Azərbaycan-ın məlumatına görə, növbəti aqrar səyyar xidmət Şəmkir rayonunun Ağlavaşlı, Bayramlı, Çaykənd, Dağ Cəyir, Keçili, Könüllü, Mahmudlu, Qapanlı, Qaracəmirli, Qasımalılar, Qılıncbəyli, Sabirkənd, Sarıtəpə, Seyidlər, Yeni Göyçə kəndlərində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər.

© AR Ministry of Agriculture
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət - Sputnik Azərbaycan
1/3
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət
© AR Ministry of Agriculture
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət - Sputnik Azərbaycan
2/3
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət
© AR Ministry of Agriculture
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət - Sputnik Azərbaycan
3/3
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət
1/3
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət
2/3
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət
3/3
Şəmkirdə fermerlər üçün səyyar aqrar xidmət

Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri tələb olunur.

Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Həftə ərzində Şəmkir rayonunun digər kəndlərində də mikroavtobuslar vasitəsilə səyyar aqrar xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar xidmət mikroavtobusları vasitəsilə qrafik üzrə bütün rayonlarda xidmətin təşkili həyata keçirilir. Xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.

Xəbər lenti
0