CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizim də Zəfər Tağımız olsun - azərbaycanlılar tarixi necə yaşatmaq istəyirlər

© Sputnik / Murad OrujovАкция на бакинском бульваре, приуроченная ко Дню Государственного флага
Акция на бакинском бульваре, приуроченная ко Дню Государственного флага - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakıdan Qarabağadək yol kənarlarında da şəhidlərimiz haqda məlumatları özündə ehtiva edən lövhələr asılmalıdır. Onların adlarının yaşadılması üçün hər birimiz övladlarımıza, nəvələrimizə bu adları verərək onların adlarını yaşadaq" - Tahir Kərimli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. 44 günlük Vətən müharibəsinin qələbə ilə bitməsi ölkədə böyük ruh yüksəkliyinə səbəb oldu. Bununla 30 illik müharibə və əsrarəngiz torpaqlardan ayrılıq da sona çatdı. Lakin bu qələbənin qazanılmasında nə qədər oğullarımız canını qoydu, qanı axıdıldı, şəhid və qazi oldu. Sputnik Azərbaycan bildirir ki, onların xatirəsinin əbədiləşdirilməsi üçün cəmiyyət tərəfindən müxtəlif təkliflər irəli sürülür.

2783 ağac - bu gün cəmiyyət tərəfindən irəli sürülən təkliflərdən biri də şəhidlərin sayı qədər ağacların əkilməsidir. Sosial şəbəkə istifadəçisi olan Əlibəy Novruzi də maraqlı bir təkliflə çıxış edib:

"Təklif edirəm, Bakımızda Zəfər Parkı salınsın, parkda 2783 ağac əkilsin, hər ağacın yanında şəhidlərimizin adı qeyd olunsun və parkın girişində Zəfər Tağı ucaldılsın, ortasında abidə (stella, obelisk) arxasında Vətən Müharibəsi muzeyi, gözəl bir yerdə də Zəfər məscidi. Belə bir məscid parkı gözəlləşdirərdi, gecə-gündüz şəhidlərimizin ruhuna dualar oxunardı".

Millət vəkili Tahir Kərimli də şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün maraqlı təkliflərlə çıxış edib. O, Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "27 sentyabr bundan sonra Anım Günü olaraq qeyd olunacaq. Bundan əlavə, illərlə arzuladığımız da reallaşacaq.

Qubanın Xınalıq kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xınalıqda "Xarı-bülbül" lövhəsi ucaldıldı - FOTO

Böyük bir xatirə kompleksi tikiləcək. İllər öncə də mən Milli Məclisdə belə bir təklif irəli sürmüşdüm ki, bu kompleksdə bizim 1918-ci ildən bu günədək Azərbaycan xalqının başına gətirilən müsibətlər əksini tapsın. Eyni zamanda da bu böyük kompleksdə hər bir şəhidimizin ad-soyadı, tərcümeyi-halı yazılacaq, şəkli yerləşdiriləcək, onlara dair xatirə kitabları çap olunacaq. Çox istərdim ki, bu kompleksdə qazilərimiz haqda da məlumatlar yer alsın".

"Bundan başqa, şəhidlərimizin doğulduğu, yaşadıqları yerlərdə onların adlarına parkların, binaların, küçələrin olması, adlarının məktəblərə verilməsi də gözəl təşəbbüs olar. Oxuduqları məktəblərdə onlar haqda guşə açmaq olar. 2783 sayda ağacın onların adına əkilməsi və bir parkın salınması da gözəl olardı. Bundan başqa, Bakıdan Qarabağadək yol kənarlarında da şəhidlərimiz haqda məlumatları özündə ehtiva edən lövhələr asılmalıdır. Onların adlarının yaşadılması üçün hər birimiz övladlarımıza, nəvələrimizə bu adları verərək onların adlarını yaşadaq", - deyə millət vəkili bildirib.

T.Kərimli qeyd edib ki, hər kəs gücü çatdığı qədər "YAŞAT" Fonduna vəsait yatıracaq: "Hər birimiz gücümüz qədərində bu fonda vəsait yatıracağıq. Oların adına layiq olmağa çalışacağıq".

Xəbər lenti
0