CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxta gələn yollardan birində hərəkət məhdudlaşdırılır

© Sputnik / Elvin AhmadBakı-Qazax yolu, arxiv şəkli
Bakı-Qazax yolu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

BAKI, 14 dekabr — Sputnik. Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr tarixindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-də, magistralın Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq. Təmir müddəti ərzində avtonəqliyyyat vasitələrinin hərəkəti ikitərəfli olmaqla magistralın əks istiqamət üzrə təşkil olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Xəbər lenti
0