BAKI, 14 dekabr — Sputnik. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan ingilis yazıçısı Con Le Karre vəfat edib. Sputik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 89 yaşlı yazar İngiltərədə xəstəxanaların birində müalicə alırmış.
Məlumat üçün bildirək ki, Con Le Karre 1963-cü ildə yazdığı "Soyuqdan gələn casus" kitabıyla dünya çapında tanınmışdı. Əsasən detektiv janrında əsərlər yazan Le Karre "Casusun mirası", "Gecə müdiri", "Xain", "Cinayətin parıltısı", "Köstəbək", "Casusların mücadiləsi", "Ölümə çağırış", "Sinql və oğlu" kimi əsərləri ilə dünyada tanınıb. Bundan başqa, o, televiziya və radio üçün də ssenarilər yazıb.