BAKI, 14 dekabr — Sputnik. Növbəti ağacəkmə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov Sputnik Azərbaycan-a bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib.
© AR Ministry of Ecology and Natural ResourcesCəbrayıl rayonunda ağacəkmə tədbiri
Cəbrayıl rayonunda ağacəkmə tədbiri
© AR Ministry of Ecology and Natural Resources
"Qeyd edim ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib.
Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir".