İyirmi yaşlı əsgər evinə şəhid kimi döndü: Qax daha bir oğlunu torpağa tapşırdı

© Photo : APAŞəhid məzarı. Arxiv şəkli
Şəhid məzarı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qax rayon Qaşqaçay kənd sakini, 20 yaşlı Cavid Abdullayev bu ilin oktyabrında hərbi xidmətini başa vurub evə qayıtmalı imiş. Amma Vətən müharibəsində şəhid oldu

BAKI, 13 dekabr - Sputnik. Qaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçi, 2000-ci il təvəllüdlü Cavid Vahid oğlu Abdullayevlə vida mərasimi keçirilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qaşqaçay kənd sakini, 20 yaşlı Cavid Abdullayev Füzuli istiqamətində döyüşüb. Oktyabr ayının ortalarından ailəsi ilə əlaqəsi kəsilən hərbçimizin şəhid olduğu müəyyənləşib.

Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Qaşqaçay kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Qax rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, C.Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Bu ilin oktyabrında isə ordu sıralarından tərxis olunmalı idi. Lakin 27 sentyabrdan başlayan Vətən müharibəsində iştirak edib.

Xəbər lenti
0