Bütün dünyada Milad və Yeni il tədbirlərinin keçirilməsinə müxtəlif məhdudiyyətlər qoyulub. Buna baxmayaraq, festivalın təşkilatçıları bir az da olsa, Tallin sakinlərinə bayram əhval-ruhiyyəsi bəxş etməyə çalışıblar.
Vətəndaşların özləri də etiraf ediblər ki, bu cür tədbirlər üçün burunlarının ucu göynəyib. İnsanlara müxtəlif əyləncə növləri də gərəkdir. Tallində bu cür işıq instalyasiyalarının qurulması şəhər üçün böyük əhəmiyyət kəsb edir.
Açıq səma altında otuzdan artıq işıq fiquru qurulub, habelə Milad yarmarkası və Santa Klausun iqamətgahı təşkil edilib. Açıq hava altında maskasız gəzişməyə imkan yaradılsa da, çadırlara giriş yalnız maska ilə mümkündür.