Türkiyə minaaxtaranları azərbaycanlı hərbçilərə xüsusi təlimlər keçir

© AFP 2024 / BIROL BEBEKФлаг Турции, фото из архива
Флаг Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Milli Müdafiə Nazirliyi: Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün hər iki ölkə arasında qəbul edilmiş memoranduma uyğun olaraq Azərbaycan və Rusiya ilə koordinasiya şəraitində lazımi tədbirlər görülməkdədir.

BAKI, 13 dekabr - Sputnik. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda fəaliyyətə başlaması üçün hər iki ölkə arasında qəbul edilmiş memoranduma uyğun olaraq Azərbaycan və Rusiya ilə koordinasiya şəraitində lazımi tədbirlər görülməkdədir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyə Müdafiə Nazirliyinin (MN) həftəlik yayınlanan görüntülü mətbuat bülletenində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəbnəm Aktop bildirib.

Aktopun sözlərinə görə, Ermənistan işğalından azad edilən Azərbaycan ərazilərinin minalanmış hissələrini təmizləməyə kömək məqsədilə Türkiyənin Xüsusi Mina Axtarma-Təmizləmə (ÖMAT) Birliyi tərəfindən azərbaycanlı hərbçilərə xüsusi təlimlər keçirilir.

“Azərbaycanın 44 gün qətiyyətlə, rəşadətlə davam edən mübarizəsi nəticəsində qazandığı zəfəri bir daha təbrik edirik. Türkiyə olaraq  "İki dövlət bir millət" anlayışı ilə bu günə qədər kədərində də, sevincində də yanında olduğumuz can qardaşlarımıza dəstəyimiz bundan sonra da davam edəcək", - Nazirliyin sözçüsü bildirib. 

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılması ilə bağlı qərar verilib. Mərkəz Ağdamda fəaliyyət göstərəcək.

  

Xəbər lenti
0