BAKI, 13 dekabr — Sputnik. "Sakın Ha" mahnısı ilə 2000-ci ilin əvvəllərinə öz damğasını vuran Türkiyənin məşhur müğənnisi Nez Yazıcı başını keçəl etdirib.
Sputnik Azərbaycan xəbər verir ki, "İnstagram"da bütün şəkillərini silən ifaçının yeni görüntülərini görənlər xeyli təəccüblənib.
O, hekayə bölməsində paylaşım edərək "Sevgilimdən ayrılmamışam, sağlamam. Çox xoşbəxtəm və istəyərək etdim. Yeni albom üçün imicimi dəyişdim. 2021-ci ildə yeni layihələrim olacaq" qeydini yazıb.