Paşinyanın istefasını tələb edən kütlə "Zvartnots" hava limanına gedən yolu bağlayıb

© AFP 2024Протесты в Ереване, фото из архива
Протесты в Ереване, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bütün hökumət istefaya getməli və bizdə olanların bizə qalması üçün danışıqlar aparmağa qadir olan yeni insanlar gəlməlidir", - deyə nümayişçilərdən biri bildirib.

BAKI, 13 dekabr - Sputnik. Yerevanda onlarla vətəndaş Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək "Zvartnots" hava limanına gedən yolu bağlayıblar.

Sputnik Ermənistan xəbər verir ki, əvvəlcə nümayişçilər Qarabağda ölən hərbçilərdən birinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Aksiyadan bir qədər aralıda həlak olan əsgərin anım mərasimi keçirilib.

Hadisə yerində olan polislər yolun açılmasını tələb ediblər. Bir neçə dəqiqə sonra nümayişçilər yolu açmağa razılaşıblar. 

"Xain və komandası vətənimizin bir hissəsini itirdiyimizi, Artsaxı itirdiyimizi və indi Ermənistanın sərhədlərinin təhlükə altında olduğunu başa düşənə qədər etirazları davam etdirəcəyik. Bütün hökumət istefaya getməli və bizdə olanların bizə qalması üçün danışıqlar aparmağa qadir olan yeni insanlar gəlməlidir", - deyə nümayişçilərdən biri ermənilərin ənənəvi iddialarından birini təkrarlayıb.  

Onun sözlərinə görə, hələ də müsbət dəyişikliklər edə biləcəyini düşünərək Paşinyana inanmağa davam edən vətəndaşlar var.

"Ancaq eyni zamanda, indi çoxları ayıqdır və son 2 il yarımda baş verənlərin yalan olduğunu başa düşürlər", - nümayişçi deyib. 

Xatırladaq ki, 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında qəbul edilən üçtərəfli bəyanatdan sonra Nikol Paşinyanı kapitulyasiya sənədinə qol çəkməkdə ittiham edən Ermənistan vətəndaşları kütləvi aksiyalar təşkil edərək onun istefası tələbini irəli sürürlər. 

Xəbər lenti
0