CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzə bir gündə 150-180 arası kəllə-beyin travması olan yaralılar gətirilirdi

© Photo: Azerbaijan Medical UniversityYaralılar
Yaralılar - Sputnik Azərbaycan
Abunə olmaq
"Orada olduğumuz 17 gün ərzində briqadamız tərəfindən 1200-dən çox yaralıya yüksək səviyyədə müxtəlif tibbi yardım göstərildi"

BAKI, 13 dekabr — Sputnik. Vətən müharibəsinin zəfərlə başa çatmasında fədakar həkimlərimizin də xüsusi payı var. Azərbaycan Tibb Universitetinin cəbhə bölgəsində əsgər və zabitlərimizə tibbi yardım göstərən III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov deyir ki, mərkəzə bir gündə 150-180 arası kəllə-beyin travması, qarın boşluğu, ətraflar, döş qəfəsinin odlu silah yarası ilə yaralı daxil olurdu. 

© Photo: Azerbaijan Medical University
Əməıiyyat zamanı - Sputnik Azərbaycan
1/4
Əməıiyyat zamanı
© Photo: Azerbaijan Medical University
Tibb müəssəsində - Sputnik Azərbaycan
2/4
Tibb müəssəsində
© Photo: Azerbaijan Medical University
Professor Fariz Camalov  - Sputnik Azərbaycan
3/4
Professor Fariz Camalov
© Photo: Azerbaijan Medical University
Tibb müəssəsində - Sputnik Azərbaycan
4/4
Tibb müəssəsində
1/4
Əməıiyyat zamanı
2/4
Tibb müəssəsində
3/4
Professor Fariz Camalov
4/4
Tibb müəssəsində

Fariz Camalovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, tez bir zamanda 14 nəfərdən ibarət müxtəlif mütəxəssislərin olduğu həkim briqadası təşkil olunub:

"Cəbhə bölgəsinə yollandıq, işimizə Füzulidə fəaliyyət göstərən Diaqnostika Mərkəzində başladıq. Mərkəzə bir gündə 150-180 arası kəllə-beyin travması, qarın boşluğu, ətraflar, döş qəfəsinin odlu silah yarası ilə yaralı daxil olurdu. Onların əksəriyyəti qumbaraatan, minaatanlarla vurulanlar və minaya düşənlər idi".

Professor F.Camalov qısa müddətdə Diaqnostika Mərkəzində yaralılara yerindəcə təcili, təxirəsalınmaz və məqsədyönlü yardımın təşkil olunmasından da söhbət açıb. O qeyd edib ki, Diaqnostika Mərkəzinin girişində xəstələri aldıqları yaralara görə ayırıb seçirdilər, orada hətta ehtiyac duyulan ağır yaralılar intubasiya olunurdu:

"Yarası işlənmə və sarğı tələb edən yaralılar üçün 17 sarğı stolu hazırlandı və əməliyyatxana, UZM təşkil olundu. Yaralılara yüsək səviyyədə lazımi tibbi yardım göstərildi". 

F.Camalov yüngül yaralıların seçilərək döyüş bölgəsindən arxada təşkil edilən tibbi müəssisədə müalicə olunması təklifini irəli sürdüyünü və onun bu təklifinin razılıqla qarşılandığını da qeyd edib. Bildirib ki, onun təşəbbüsü ilə Əhmədbəylidə yüngül yaralıların müalicə olunması üçün tibbi müəssisə yaradılıb. Təcili tibbi yardım maşınları kifayət etmədiyindən oturaq yaralılar "Mercedes" markalı avtomobillərlə təxliyə olunurdular:

"Biz Horadizdə də olduq. Düzdür, orada normal şərait olmasa da, yaralılara tibbi yardım göstərə bildik. Orada olduğumuz 17 gün ərzində briqadamız tərəfindən 1200-dən çox yaralıya yüksək səviyyədə müxtəlif tibbi yardım göstərildi. Briqadamızın hər bir üzvü - Qənimət Bəylərov, Samir Aslanbəyli, Seymur Abbasov, Elman Tağıyev, Elçin Mirzəyev, Zahid Zahidov, Toğrul Məhərrəmov, Elşən Ağayev, Mehman Əliyev, Natiq Əliyev, Cavid Musazadə, Vidadi Həsənov, Rasim Nəsibov hər biri ayrı-ayrılıqda fədakarlıq göstərərək, yorulmadan yaralıların xidmətində dayandılar".

Professor cəbhə bölgəsində müalicə etdiyi yaralılardan bəzilərinin daha sonra Tibb Universitetinin Cərrahiyyə Klinikasında yerləşdirilərək müalicə olunduğunu da bildirib. Onlara yüksək səviyyədə tibbi xidmət göstərildiyini də diqqətimizə çatdırıb. Fransadan gələn cərrah heyəti ilə klinikada bir neçə rekonstruktiv əməliyyatların edildiyini də qeyd edib: "Mən özüm həm də I Qarabağ müharibəsi veteranı olmuşam. İstər I Qarabağ, istər II Qarabağ müharibəsi zamanı göstərdiyim xidmətlərim ilə bir həkim, bir vətəndaş kimi az da olsa Vətən qarşısında borcumu yerinə yetirə bilmişəmsə, özümü xoşbəxt hiss edirəm".

Qeyd edək ki, professor F.Camalovun fəaliyyəti təkcə Vətən müharibəsində yaralananlara tibbi yardım göstərməklə məhdudlaşmayıb, o, müxtəlif ölkələrdə zəlzələdən ziyan çəkənlərə də könüllü yardım göstərib.

Xəbər lenti
0