BAKI, 13 dekabr — Sputnik. Türkiyəli aktyor Tolqahan Sayışman daha bir nümunəvi hərəkəti ilə gündəmə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, aktyor koronavirus səbəbilə onlayn dərs keçən tələbələrə yardım edəcək.
View this post on Instagram
T.Sayışman Hakkari və Tuncelidə yaşayan uşaqlar üçün 400, Vandakılar üçün isə 100 ədəd planşet göndərəcək. Məşhur bu barədə özünün "Instagram" səhifəsində paylaşım edib. İzləyiciləri ona bu addımına görə təşəkkür ediblər.
Qeyd edək ki, Tolqahan Sayışman bundan öncə koronavirusa görə maddi sıxıntısı olan insanları öz evində ödənişsiz saxlamışdı.