“Valideynlər elə düşünür ki, uşaqlar nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər. Bəlkə də, uşaq özü boş qalsa, daha çox öyrənər. Əslində öyrənmə başadüşmə ilə bağlıdır”. Bunu təhsil naziri Emin Əmrullayev şagirdlərin ev tapşırıqlarının çox olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, məktəb-valideyn-müəllim üçbucağının yaradılması olduqca effektli məsələdir və bu üçlüyün təhsillə bağlı proseslərdə birgə iştriak etməsi zəruridir:
“Şagirdləri yükləməmək məqsədi ilə onlara düzgün planlama məsələsini aşılamaq lazımdır. Hazırkı pandemiya şəraitində bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycanda valideynlər şagirdləri daha çox yükləməklə onların bilik əldə etməsində maraqlıdırlar. Valideynlər fərqində olmurlar ki, bu, onların övladlarının sağlamlığını təhlükə altına atır”.
İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz