CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirus testləri niyə tez-tez düz çıxmır? TƏBİB səbəbi açıqladı

© AP Photo / Matthias SchraderТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyətində deyil.

BAKI, 13 dekabr - Sputnik. Ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkəmizdə sınaqdan keçirilən ekspress testləri ilə bağlı TƏBİB-dən verilən açıqlamada deyilir. 

Məlumatda qeyd olunur ki, Azərbaycanda bu testlər sınaqdan keçirilib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib.

Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.

Ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyətində deyil.

Xəbər lenti
0