BAKI, 12 dekabr — Sputnik. Alimlər xərçəng riskini artıran bir gen tapıblar.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, inkişaf zamanı SIGLEC12 geninin yaratdığı zülalın mutasiya etdiyi və bununla da patogenləri təyin etmə qabiliyyətini itirdiyi qeyd olunur.
Fəaliyyət göstərməyən zülalları kodlayan genlər zamanla bədən tərəfindən xaric edildiyi üçün insanların çoxunda SIGLEC 12 zülalının istehsalı dayanıb. Lakin bu mexanizm insanların yüzdə 30-unda qalıb.
Kaliforniya Universiteti San Dieqo Tibb Fakültəsi və Moors Xərçəng Mərkəzinin mütəxəssisləri normal və xərçəngli toxumaların nümunələrini araşdırıblar.
Alimlər SIGLEC12 geni olan və uyğun zülal istehsal edən insanlarda xərçəng riskinin iki dəfədən çox olduğunu aşkar ediblər.
Qeyd edək ki, alimlər insanlarda xərçəng inkişafının potensial risklərini əvvəlcədən bilmə üçün və profilaktika ilə məşğul olmağa imkan verəcək funksional olmayan SIGLEC12-ni müəyyənləşdirmək üçün test hazırlayıblar.