CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsi dövründə qeydə alınan nikah və doğumların sayı açıqlandı

CC0 / bymeltemce / Marriage Обувь для жениха и невесты, фото из архива
Обувь для жениха и невесты, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Vətən müharibəsi dövründə doğulanların sayı açıqlandı: Ölkədə 21 mindən çox yeni körpə dünyaya gəlib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Vətən müharibəsinin davam etdiyi bir ərəfədə, cari ilin oktyabr ayı ərzində qeydiyyat orqanları tərəfindən 3,269 nikah dövlət qeydiyyatına alınıb. Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Bundan başqa, nazirlikdən noyabrda qeydə alınan nikahların da sayı açıqlanıb. Qeyd olunub ki, noyabrda qeydiyyat orqanları tərəfindən 2,857 nikah dövlət qeydiyyatına alınıb.

Vətən müharibəsi dövründə doğulanlara gəldikdə isə qeyd olunub ki, oktyabr ayı ərzində 11,211 doğum qeydə alınıb: "Qeyd edək ki, Ədliyyə Nazirliyi yalnız qeydə alınmış akt qeydlərinə uyğun məlumat verə bilir, yeni doğulan uşaqlar barədə məlumatın verilməsi Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aiddir.

Noyabr ayı ərzində 9,920 doğum qeydə alınıb".

"Ümumilikdə isə cari ilin 11 ayı ərzində qeydiyyat orqanları tərəfindən 117,420 doğum və 32,656 nikah qeydə alınıb", - deyə nazirlikdən verilən məlumatda bildirilib.

Qeyd edək ki, 27 sentyabrda başlayaraq 44 gün davam edən Vətən müharibəsində şəhidlərimizin sayı 2783 olub.

Xəbər lenti
0