CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərtləşdirilmiş karantin rejimi vaxtı ev heyvanlarının gəzdirilməsi icazəsi necə alınacaq?

CC0 / Helena Lopes / dogСобаки, фото из архива
Собаки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
SMS vasitəsi ilə evdən çıxmaq icazəsi almış şəxslər 3 saat müddətində həm də ev heyvanlarını gəzdirə bilərlər.

BAKI, 12 dekabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) ev heyvanlarını gəzdirməklə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsi ilə evdən çıxmaq icazəsi almış şəxslər 3 saat müddətində həm də ev heyvanlarını gəzdirə bilərlər.

Xəbər lenti
0