Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.
“YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, millət vəkili Anar İsgəndərov Sputnik Azərbaycan-a deyir ki, dövlət başçısı müharibədən sonra şəhid ailələrinin, qazilərimizin gələcəkdə ola biləcək çətinliklərini aradan qaldırmaq, maddi durumunu yaxşılaşdırmaq üçün bu fondu yaratdı:
“Dövlət bütün istiqamətlərdə bu insanlara yardım edəcək. Milyonlarla azərbaycanlı müharibədə şəhid olan insanların ailələrinə, qazilərimizə yardım etmək istəyir. Türkiyə Cümhuriyyətində bu istiqamətdə görülmüş işlər bizim üçün nümunə ola bilər”.
Qeyd edək ki, dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.
Anar İsgəndərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz