BAKI, 11 dekabr — Sputnik. Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
Sputnik Azərbaycan xəbər verir ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.