CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəfat edib

© REUTERS / ANTON VAGANOVМедик в одном из городов Росии, фото из архива
Медик в одном из городов Росии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şirvan İH-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

BAKI, 11 dekabr - Sputnik. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, E. Ağayeva koronavirusdan müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, son sutka ərzində Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 550 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 765 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 282, ötən müddət ərzində isə ümumilikdə 1 918 866 test aparılıb.

Xəbər lenti
0