BAKI, 11 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 145240-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1077 nəfər artıb.
Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2445-ə çatıb. Xəstəlikdən sağalanların sayı 123474 nəfər olub. Hazırda bu ölkədə 19785 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 69,5 milyonu keçib, 1,58 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.