CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət, dekabrın 14-dən bu ərazilərdə polis postları olacaq

© Sputnik / Rahim MuradovŞağlakücə postu
Şağlakücə postu - Sputnik Azərbaycan
Abunə olmaq
Polis mayorunun sözlərinə görə, dekabrın 12-si saat 00.00-dan etibarən postlar qurulacaq və məhdudiyyətlər qüvvəyə minəcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. "Dekabrın 14-dən etibarən həmçinin sərt karantin tətbiq edilən 5 şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiq ediləcək".

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev məlumat verib.

O qeyd edib ki, həmin rayonların giriş-çıxışı ilə yanaşı, Bakı-Şamaxı-Yevlax yolunda, Bakı-Quba yolunda, Bakı-Qazax-Gürcüstan sərhədi yolunda qurulacaq.

"Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonunun giriş-çıxışında və daxilində postlar qurulacaq. Həmin rayon və şəhərlərin daxilində hərəkət məhdudiyyəti tətbiq edilib. Əvvəlcədən müəyyən edilmiş qaydalara əsasən fəaliyyətinə icazə verilmiş sahələrin əməkdaşları əvvəlcədən https://icaze.e-gov.az/ portalında qeydiyyatdan keçməklə, işləməyən şəxslər isə yalnız SMS icazə vasitəsilə icazə aldıqdan sonra (3 saat) hərəkət edə bilərlər", - deyə N.Piriyev əlavə edib.

Onun sözlərinə görə, dekabrın 12-si saat 00.00-dan etibarən postlar qurulacaq və məhdudiyyətlər qüvvəyə minəcək.

Xatırladaq ki, karantin qaydalarını pozan şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması" maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Xəbər lenti
0