CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha iki həkimimiz COVID-19-un qurbanı oldu

© AFP 2024 / PIERO CRUCIATTIДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olublar

BAKI, 11 dekabr — Sputnik. Koronavirusla mübarizədə iştirak edən daha iki həkim virusun qurbanı olub. Sputnik Azərbaycan-ın TƏBİB-ə istinadən xəbərinə görə, dünyasını dəyişən 8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə. Əfəndiyev adına 2 nömrəli  Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olublar.

Qeyd edək ki, hər iki həkim yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib.

Xəbər lenti
0