Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 11 dekabr — Sputnik. Parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan "Hərbi vəziyyətin ləğv edilməsi haqqında" Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Qərarı ilə "Hərbi vəziyyətin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 dekabr tarixli 1201 nömrəli Fərmanı təsdiq edilib.
Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq.
Bu Qərar imzalandığı gündən qüvvəyə minir.