Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ağ-qara tarixə rəng qatan rəssam: Keçmişə unikal virtual səyahət – video

Abunə olmaq
Tural Hüseyn öz işləri ilə izləyicisinə yalnız ağ-qara şəkillərlə görməyə alışdığımız tarixə rəngli virtual səyahət təklif edir. Onun buna necə nail olduğunu videomuzda izləyin.

Tural Hüseynin tarixə baxışı tamamilə fərqlidir. Onun işinin məqsədi tarixi insanlara daha yaxın etmək, bəzi tarixi prosesləri daha dərindən anlamağa, hiss etməyə kömək etməkdir.

Bakının doqquzmərtəbəli binaları – krasnodarlı rəssam üçün kətan  - Sputnik Azərbaycan
VİDEO
Krasnodarlı rəssam Bakıda binaları "danışdırdı"

Digər ölkələrdə “digital colorist”, yəni “rəqəmsal rəngkar” adlanan bu peşənin azərbaycanca adı belə yoxdur, çünki Turalın peşəkarı olduğu sənət ölkəmiz üçün tamamilə yenidir. Adətən şəkillərin rənglənməsi deyərkən, biz yalnız müxtəlif foto studiyalarda baba və nənələrimizin ağ-qara şəkillərinin kustar şəkildə rənglənməsini başa düşürük.

Tural isə hər şəkli rəngləmir. O, daha çox 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid və Azərbaycanın adi həyatını əks etdirən şəkillərə üstünlük verir. Hər birini rəngləməyə başlamazdan öncə isə, həftələrlə o mövzunu araşdırır, hər bir rəngi düzgün seçməyə çalışır.

“Elə fotolar var ki, oradakı elementlərin rəngini tapmaq ümumiyyətlə mümkün deyil. Amma elə fotolar da var ki, dəqiq rəngi tapmaq olur. Məsələn, keçmişdən günümüzə qalan hərbi formalar ola bilər. Elə tarixi binalar var ki, 100 il əvvəl necə idisə, indi də demək olar ki, eyni formadadır. Onların rəngini keçmişdən günümüzə kimi qalan həmin o görüntülərin sayəsində tapmaq mümkündür”, - deyərək qrafik rəssam bizimlə bölüşüb.

Bu cür şəkilləri tapmaq da asan deyil. Azərbaycanla bağlı rəqəmsal şəkil arxivi demək olar ki, yox dərəcəsindədir. Buna görə də o, çox vaxt muzey və arxivlərdən şəkilləri axtarmalı olur, bu isə pandemiya dönəmində olduqca çətindir. Buna görə də hal-hazırda onun yeganə çarəsi şəxsi kolleksionerlə işləməkdir.

İki il ərzində Tural olduqca maraqlı iş toplusu yığmağa nail olub. Hal-hazırda onun ən birinci məqsədi bəzi mövzularda işləri çoxaltmaq və gələcəkdə işlərini şəxsi sərgidə nümayiş etdirməkdir.

Xəbər lenti
0