Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 dekabr - Sputnik. Ər-arvad dəm qazından dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Xaçmaz rayonunun Qobuqırağı kəndində baş verib. 1955-cı il təvəllüdlü Balaverdi Vəlibəyov və həyat yoldaşı, 1956-cı il təvəllüdlü Nəsibə Vəlibəyova yaşadıqları evdə dəm qazından zəhərlənərək dünyasını dəyişiblər.
Hadisə ilə bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb.