Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

"Virtual məktəb"də durum: uşaqlar var, şərait yoxdur

Abunə olmaq
Xüsusi olaraq koronavirus pandemiyası və məcburi tətillər zamanı tədrisin davam etməsi məqsədi ilə Təhsil Nazirliyi üçün yaradılmış “Virtual məktəb” platformasının əhatə dairəsi genişlənib

“Virtual məktəb” portalında artıq 1,3 milyondan şagird qeydiyyatdan keçib. Bununla da virtual elektron platforma Azərbaycanda qeydiyyata alınmış 1,5 milyon məktəblinin böyük hissəsini əhatə edib. Akademik prosesin təşkilinə 125 mindən çox pedaqoq nəzarət edir.

Platforma Azərbaycanın ən ucqar kəndində belə distant təhsili təşkil etməyə imkan verir. Distant təhsil ala bilmək üçün internetə çıxışı olan smartfon kifayətdir.

Lakin əhatənin belə böyük olmasına baxmayaraq, cəmi 972 min şəxs “Virtual məktəb”in aktiv istifadəçisidir.

Distant dərslərdə iştirak edə bilməyən şagirdlər üçün “Teledərs” proqramı hazırlanıb. Məktəblilər həftədə bir neçə dəfə televiziya vasitəsilə keçirilən dərslərə qulaq asa bilərlər.

“Virtual məktəb”in göstəriciləri barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasından öyrənə bilərsiniz.

Xəbər lenti
0