BAKI, 11 dekabr - Sputnik. Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Sputnik Türkiyə-nin xəbərinə görə son sutka ərzində 226 nəfər ölüb.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testində 208 873 nəfər keçib.
Simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 106 nəfər COVID-19 xəstəsi kimi qeydiyyata alınıb.
Ağır xəstələrin sayı 5952 nəfərdir.