BAKI, 11 dekabr — Sputnik. Time jurnalı "İlin adamı" adını ABŞ prezidentliyinə namizəd Co Baydenə və vitse-prezident vəzifəsinə namizəd Kəmalə Harrisə verib.
"İlin adamı - təkcə ötən il baş verənlər deyil, həm də bizim istiqamətimizdir", - jurnalın Twitter hesabında qeyd olunub.
The Biden-Harris ticket represents something historic.
— TIME (@TIME) December 11, 2020
Person of the Year is not just about the year that was, but about where we’re headed #TIMEPOY https://t.co/H4uzUe8Pli pic.twitter.com/YMylCvbkZT
Qeyd edək ki, ABŞ-da noyabrın 3-də prezident seçkisi keçirilib. Dövlət başçısı vəzifəsi uğrunda demokratlar partiyasından Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp mübarizə aparıblar.
Noyabrın 7-də Amerikanın aparıcı kütləvi informasiya vasitələri ABC News, FOX News, CNN, AP və NBC Baydenin seçkidə qələbə qazandığını elan etdilər. Həmin vaxt rəsmi nəticələr hələ elan olunmamışdı.