CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin qaydalarını pozan koronavirus xəstələri saxlanılıb

© AR Ministry of Internal AffairsEvdən icazəsiz çıxan koronavirus xəstəsi
Evdən icazəsiz çıxan koronavirus xəstəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.

BAKI, 11 dekabr — Sputnik. Karantin rejimi tələblərinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları respublikanın bütün şəhər və rayonlarında gücləndirilmiş iş rejimində çalışırlar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktika tədbirləri davam etdirilir. Keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Dekabrın 10-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 27 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Tibbi prosedurlar gözlənilməklə görülən tədbirlərlə onlardan 26-sı evə qaytarılıb, 1 nəfər xəstəxanaya yerləşdirilib, 20 nəfər barəsində isə cinayət işi başlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.

Xəbər lenti
0