Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RT telekanalı efirə çıxmasının 15-ci ilini qeyd edir

© Sputnik / Igor Russak / Mediabanka keçidСтенд телеканала RT (Russia Today) в "ЭкспоФоруме"
Стенд телеканала RT (Russia Today) в ЭкспоФоруме - Sputnik Azərbaycan
Abunə olmaq
RT dünyanın xəbər telekanalları arasında ilk dəfə olaraq YouTube-da 10 milyard izlənməni ötərək BBC, CNN, Al Jazeera, Euronews, FOX News kimi media nəhənglərini geridə qoyub.

BAKI, 10 dekabr — Sputnik. RT telekanalı ilk dəfə 2005-ci ilin 10 dekabrında Moskva studiyasından efirə çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, hazırda televiziya yayımı da mövcud olan və altı dildə onlayn yayımlanan RT bu müddət ərzində dünyanın ən məşhur beynəlxalq informasiya telekanallarından birinə çevrilib.

Telekanalın fəaliyyəti Beynəlxalq "Emmy" Mükafatının münsiflər heyəti və Emir Kusturitsa, Rocer Uoters, Oliver Stoun kimi müasir dövrün görkəmli nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

RT 15 illiyi münasibətilə Soyuq müharibə dövründə Amerikada mülki müdafiə ilə bağlı çəkilən filmlər tərzində hazırladığı "Yaşıl təhdid" adlı videoçarxı təqdim edib. İronik stildə işlənmiş videoçarx aktiv efir dalğalarında RT-dən necə müdafiə olunmaq lazım gəldiyindən bəhs edir.

Moskvada hərbi parad, arxiv şəkli - Sputnik Azərbaycan
“RT” agentliyi genişmiqyaslı #QələbəSəhifələri layihəsini təqdim edir

Yubileyi ərəfəsində RT-nin hazırladığı daha bir videoçarxda isə "dipfeyk" texologiyasından istifadə olunmaqla dünya liderlərinin bu Rusiya kanalına necə aludə olduqları göstərilir.

Hər həftə dünyanın 47 ölkəsindən 100 milyon insan (IPSOS beynəlxalq şirkətinin tədqiqat nəticəsinə görə) RT kanalını izləyir. RT dünyanın xəbər telekanalları arasında ilk dəfə olaraq "YouTube"da 10 milyard izlənməni ötərək BBC, CNN, Al Jazeera, Euronews, FOX News kimi media nəhənglərini geridə qoyub.

15 il ərzində RT dünya ölkələrinin prezidentləri və birinci şəxsləri ilə yüzlərlə müsahibəni lentə alıb. Rusiya, Serbiya, Sloveniya, Suriya, Boliviya, Venesuela, Argentina, Ekvador və digər ölkələrin liderləri bu kanala müsahibə veriblər.

RT televiziyasında telejurnalistikanın əfsanələrindən hesab olunan Larri Kinqlə eksklüziv şou, Pulitzer Mükafatı laureatı Kris Hedges, Ekvadorun keçmiş prezidenti Rafael Korrea və Şotlandiyanın baş naziri Aleks Salmondun iştirakı ilə xüsusi proqramlar efirə çıxır.

В редакции МИА Sputnik Азербайджан - Sputnik Azərbaycan
Twitter-dən RT telekanalına və Sputnik-ə qadağa

RT doqquz dəfə televiziya sahəsində ən nüfuzlu mükafat hesab olunan "Emmy"nin finalçısı olub. Eyni zamanda, Monte Karlo televiziya festivalında "Ən yaxşı 24 saatlıq xəbər proqram"ı kateqoriyasında qızıl mükafata layiq görülüb. Ümumilikdə telekanal media və televiziya sahəsində yüzlərlə beynəlxalq mükafat qazanıb.

Əfsanəvi telejurnalist Larri Kinq: "RT-ni bütün dünyadan izləyirlər, belə ki, biz artıq bir-birimizə çox yaxınıq".

Serbiya rejissoru Emir Kusturitsa: "Rusiya telekanalı RT tək tərəfli xəbərlərin yer aldığı BBC və CNN-dən fərqli olaraq, göstərdi ki, televiziya necə olmalıdır".

Pink Floydun yaradıcısı Rocer Uoters: "Bütün dünyada inanılmaz dərəcədə qərəzli televiziya kanalları var - bir çox cəhətdən və müxtəlif səbəblərdən. Amma mən xəbərlərin çoxunu RT-dən öyrəndiyimi sevinclə sizə bildirmək istəyirəm".

Russia Today - Sputnik Azərbaycan
RUSİYA
Böyük Britaniya RT-nin bank hesabını dondurub

Amerika rejissor Oliver Stoun: "Mən yalnız Rusiya kanalı RT-nin xəbərlərinə baxıram. Bu kanala əməlli-başlı təbliğatla məşğul olan öz Amerika kanallarımızdan daha çox inanıram".

Şotlandiya yazıcısı İrvin Uelş: "RT haqlı şəkildə BBC-nin qərəzli olduğunu bildirir. Aydın məsələdir ki, bizim "ictimai televiziya" xirtdəyə kimi korrupsiyaya batıb və elə buna görə də obyektiv ola bilməz. Bu halda hansı maariflənmə proqramlarından, xəbərdən, əyləncədən söhbət gedə bilər? Və üstəlik, siz bu zir-zibil üçün lisenziya haqqı ödəyirsiniz".

Xəbər lenti
0