BAKI, 26 oktyabr — Sputnik. Twitter şirkəti RT telekanalının və Sputnik informasiya agentliyinin akkauntlarına istənilən reklam dərc etməyi qadağan eləyib. Bu barədə şirkət öz bloqunda bəyan edib.
Twitter bu qərarı ABŞ kəşfiyyat qurumlarının bu KİV-in ABŞ-da prezident seçkilərinə təsiri barədə nəticələrindən sonra qəbul edib.
"Bu qərarı vermək asan olmadı, lakin bu addımı atdıq ki, indidən belə də xidmətlərin təqdim olunmasına ədalət prinsipimizə sadiq qalaq" — şirkətdən bilidirilib.