SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: "Biz bu ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: "Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, onların yeni platformada yeri ola bilər"

BAKI, 19 dekabr - Sputnik. “Biz bölgədə yeni bir əməkdaşlıq platforması yaratmalıyıq. Artıq ilkin bəyanatlar verilib. Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı var. Eyni zamanda Azərbaycan-Rusiya-İran əməkdaşlığı, Türkiyə-Rusiya-İran əməkdaşlığı var. Bütün bu əməkdaşlıq platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq. Biz bu ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq. Biz sadəcə olaraq 30 il ərzində beynəlxalq təşkilatlardan dəstək gözləyirdik. Minsk qrupundan dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin, ancaq bu olmadı. Sadəcə nə hərb, nə sülh vəziyyəti, status-kvo davam edirdi. Biz hərbi yollarla bu status-kvonu dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq. Onlara çox böyük zərbə vurduq. Onların əsas ideoloji sütunlarını məhv etdik. Ondan sonra söylədik ki, əməkdaşlığa hazırıq. Biz yeni əməkdaşlıq formatı təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”, - dövlət başçısı qeyd edib.

Xəbər lenti
0