BAKI, 10 dekabr — Sputnik. Türkiyənin pop müğənnisi Gülben Ergen "Başakşehir"in kamerunlu məşqçisi Pyer Veboya qarşı irqçi davranışı qınayarkən izləyicilərin müzakirə mənbəyinə çevrilib.
— Gülben Ergen (@gulbenergen) December 8, 2020
Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Twitter" hesabından "Qara olan ürəkləridir Vebo", - deyə paylaşım edib.
Onun bu tviti bundan əvvəl irqçiliklə bağlı paylaşımını xatırladıb.
Belə ki, Ergenin illər əvvəl çıxan "Yaramaz" mahnısının klipində qaradərili bir uşaq rol almışdı. Gülbən bu barədə "Əslində bir meymun oynadacaqdıq, amma tapa bilmədik, dedik, qaradərili bir uşaq oynadaq", - demişdi.