CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin onlayn müsahibələri başlanır - videotəlimat

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidДистанционное обучение, фото из архива
Дистанционное обучение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər.

BAKI, 9 dekabr — Sputnik. 14 dekabrdan etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, namizədlərin müraciəti əsasında məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib.

Qeyd edək ki, ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, MS Teams platforması üzərindən keçiriləcək. Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər.

Onlayn müsahibəyə dair videotəlimat:

 

Xəbər lenti
0