CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin rejimində toy və ya Xonça əllərdə qaldı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidМолодая супружеская пара, фото из архива
Молодая супружеская пара, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub

BAKI, 9 dekabr — Sputnik. Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıblar. Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində "Xonça" restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıbдфк.

Mərasimin zalının icarədarı, paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı, Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər. Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub

Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

Araşdırmalar aparılır.

Xəbər lenti
0