QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid oğlu şəhid: Atasının taleyini təkrar etmiş qəhrəman – VİDEO

Abunə olmaq
Pərvin İsgəndərov Birinci Qarabağ müharibəsində şəhid atasının üzünü bircə dəfə belə görməyib. Atasının yeganə xatirəsi olan Pərvin də könüllü olaraq cəbhəyə yollanıb. Daha ətraflı videomuzda izləyin.

Şəhid oğlu da qorxarmı?! Pərvin İsgəndərov hərbçi olmağı seçəndə məhz bu sözləri əmisinə deyib. O, Birinci Qarabağ müharibəsində şəhid olmuş atasının tək yadigarı idi. Atası Pərvizin üzünü bircə dəfə belə görmədən böyümüşdü. Tək oğul olduğu halda, heç kimin sözünə qulaq asmadan Pərvin könüllü olaraq cəbhəyə yollandı.

Döyüş yoldaşlarını xilas etmək üçün öz canını qurban verən şəhid – video  - Sputnik Azərbaycan
VİDEO
Döyüş yoldaşlarını xilas etmək üçün öz canını qurban verən şəhid – video

Nənəsi Əntiqə İsgəndərova nəvəsinin 25 il sonra atasının qisasını yerdə qoymadığını söyləyib.

Şəhid Pərvin İsgəndərov müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılıb. Məqsədi Vətən torpaqlarını azad etmək, şəhid atasının qanının yerdə qalmaması idi. Son damla qanınadək  savaşdı və buna nail oldu.

Pərvin haqqında danışan əmisi Əziz İsgəndərov Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb ki, ailəsi tək övlad olduğuna görə Pərvinin hərbçi olmasına razı olmasa da, qəhrəman şəhid heç kimin sözünə qulaq asmayıb.

“O vaxt dedi̇m, tək oğulsan. Atan şəhi̇d olub. Getmə. Dedi̇, “Əmi̇, şəhi̇d oğlu da qorxarmı?! Niyə qorxmalıyam?! Atamın mən qisasını alacağam””, - deyə əmisi bizimlə bölüşüb.

Müddətdən artıq hərbçi olan Pərvin Füzuli uğrunda döyüşlərdə şəhid olub. Oktyabrın 12-də isə onun şəhidlik xəbəri gəlib.

Pərvin eynilə atasının taleyini təkrarlayıb. Bir vaxtlar atası kimi Pərvin də Vətən uğrunda qəhrəmanca şəhid olub, özündən sonra bütün Azərbaycan xalqına bircə oğlunu yadigar qoyub gedib.

Xəbər lenti
0